MDB PA-nın baş katibi Azərbaycandakı səsverməni yüksək dəyərləndirib

Aleksey Sergeyev: “Prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə təşkil olunub”

"Hesab edirəm ki, prezidentliyə namizədlərin seçkiqabağı debatları kifayət qədər fəal şəkildə keçdi". APA-nın xəbərinə görə, bunu MDB Parlamentlərarası Assambleyasının baş katibi Aleksey Sergeyev deyib. 
O qeyd edib ki, MDB PA seçki məntəqələrinin birində səsvermə prosesinin açılışında iştirak edib: "MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun üzvləri ölkə boyu onlarla seçki məntəqəsində müşahidə aparırlar. Prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupuna 30 nəfər daxildir. Qrupun koordinatoru Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və xaricdə yaşayan soydaşlarla əlaqələr komitəsinin sədri Leonid Slutskidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00