Səsvermənin qurtarmasına 2 saat qalmış Gəncədə seçicilərin 58,53 faizi seçkilərdə iştirak edib
9 Oktyabr 2013 18:32 SiyasətSaat 17:00-a olan məlumata görə, Gəncədə olan seçicilərin 58,53 faizi səsvermədə iştirak edib.
Trend-in məlumatına görə, seçici siyahısında qeydiyyata düşən 154 min 698 seçicidən 90 min 554 nəfəri məntəqələrə gələrək səsvermədə iştirak edib.
Qeyd edək ki, Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə, 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Beynəlxalq müşahidəçilərdən 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00