Krassimira Jordanova Schwientek: “Seçkilər haqqında mənfi bir söz deyə bilmərəm”

Beynəlxalq müşahidəçilər prezident seçkilərinin gedişindən razıdırlar. Almaniya Federativ Respublikasını təmsil edən  diplomatlar klubunun rəhbəri Krassimira Jordanova Schwientek jurnalsitlərər açıqlamasında seçki prosesində mənfi hal müşahidə etmədiyini deyib: "Bakıya hər dəfə gələndə şəhərin necə də gözəlləşdiyinin şahidi oluram. Şəhəriniz möhtəşəmdir. Atmosfer çox xoşdur. Öz evimizdəki kimi hiss edirik. Bizim xarici olduğumuzu görəndə insanlar daima kömək etmək istəyirlər. Azərbaycanda seçkilər daha dinamikdir. Seçkilər haqqında mənfi bir söz deyə bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00