“Qalmaqaldan kənar bir seçki prosesi gedir”

Almaniyanı təmsil edən beynəlxalq müşahidəçi: “İnsanlar bir-birinə qarşı çox anlayışlıdırlar. Heç kəs kimisə əzib qabağa keçmək istəmir”

Azərbaycanda keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər seçki prosesindən razıdırlar. Almaniyanı təmsil edən beynəlxalq müşahidəçi, universitet rektoru  Sara Nachama jurnalistlərə açıqlamasında deyib ki, seçicilər aktivdirlər, keçirilən sorğularda iştirak edirlər: "İnsanlar çox mehribandılar. Bizim suallarımıza çox yaxşı cavab verirdilər. Biz hər yerə rahat gedə bilirik. İnsanlar bir-birinə qarşı çox anlayışlıdırlar. Heç kəs kimisə əzib qabağa keçmək istəmir, bəzi ölkələrdə olduğu kimi. Qanunlara riayət edirlər. Qalmaqaldan kənar bir seçki prosesi gedir hal-hazırda".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00