Azərbaycanlılar ermənilərdən savadlıdır

Azərbaycan 99,8 faiz göstərici ilə keçmiş sovet ölkələri arasında Latviya və Estoniya ilə birlikdə ilk sıradadır


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin siyahısında əhalisinin savadlılığında görə Azərbaycan liderlər sırasındadır. ANS PRESS-in AzərTAc istinadla verdiyi məlumata görə, siyahıda dünyanın 233 ölkəsi 15 yaşından yuxarı əhalisinin oxuyub yazmaq bacarığına görə sıralanır. Azərbaycan 99,8 faiz göstərici ilə keçmiş sovet ölkələri arasında Latviya və Estoniya ilə birlikdə ilk sıradadır.  Siyahıda Azərbaycanda kişilərin savadlılıq səviyyəsi 99,9 faiz göstərilib. Qadınların savadlılıq səviyyəsinə görə ölkəmiz 99,7 faiz göstərici ilə keçmiş sovet ölkələri arasında yalnız Estoniya və Latviyadan geri qalaraq Litva, Qazaxıstan, Ukrayna və Gürcüstan ilə bir sırada dayanıb.
Siyahıda Azərbaycan qonşu Rusiya (99,7 faiz), Ermənistan (99,6 faiz), Gürcüstan (99,7 faiz), Türkiyə (94,1 faiz ) və İranı ( 85 faiz) qabaqlayır. Keçmiş sovet ölkələri arasında ən aşağı nəticə (99 faiz) Moldovaya məxsusdur. Finlandiya, Norveç və Koreya Xalq Demokratik Respublikası 100 faiz nəticə ilə siyahıya liderlik edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00