Avropa Parlamentinin üzvü seçkilərdən razıdır

Jacek Wlayslaw Wlosowicz: “Hər şey çox yaxşı hazırlanıb”

"Düşünürəm ki, seçicilərin iştirakı bizim ölkəmizdəkindən daha çoxdur". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda prezident seçkilərini izləyən beynəlxaql müşahidəçi, Avropa Parlamentinin üzvü, Polşa Seyminin sabiq senatoru Jacek Wlayslaw Wlosowicz deyib. O, deyib ki, proses normal gedir: "Səhər bir neçə məntəqədə olmuşuq. Hər şey əladır. Bu cür mənzərini görmək, insanların marağını müşahidə etmək çox maraqlıdır. Fikrimcə, hər şey çox yaxşı hazırlanıb. Divarlarda seçicilərin siyahısı asılıb. Digər ölkələrdən də müşahidəçilər var. Hər şey qaydasındadır. Səhər məntəqələr vaxtında açılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00