Almaniya – Hakkı Keskin: “Seçkidə iştirak yüksək səviyyədədir. Heç bir problem yoxdur”

“Seçicilər fəaldır”

"2005-2010-cu illərdə Almaniya Parlamenti və Avropa Şurasının deputatı, professor Azərbaycanda seçkilərin gedişatını izləmək üçün gəlmişik. Hələlik 8 məntəqədə olmuşuq, qeydlərimizi aparmışıq. İndiyə kimi hər şey normal görünür".  Bunu jurnalsitlərə açıqlamasında Azərbaycanda keçirilən prezident seçkilərini izlyənə almaniyalı müşahidəçi Haqqı Kəskin deyib. Onun sözlərinə görə, seçkidə iştirak yüksək səviyyədədir. Heç bir problem yoxdur: "Bundan sonra 3 məntəqəyə də getməliyik. Axşam saatlarında sandıqların açılmağını müşahidə edəcəyik. Daha sonra protokalları dostlarımıza verib dəyərləndirəcəyik. Əvvəlki seçkilərdə də burada idim. Gəzdiyimiz məntəqələr çox gözəl məktəblərdə təşkil olunub. Ümid edirəm ki, bütün məktəblər belə gözəldir. Almaniyada belə bu qədər gözəl məktəblər yoxdur. Möhtəşəm bir inkişaf var. Seçki sandıqlarının demək olar ki, hamısının başında xanımlar dayanıb. Türkiyədə kişilər bu vəzifəni icra edirlər. Bu da o deməkdir ki, Azərbaycan xanımları siyasət ilə maraqlanırlar. Bu çox gözəl bir hadisədir. Seçicilər fəaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00