Maliyyə naziri Samir Şərifov səsvermədə iştirak edib

“Səs verdiyim məntəqədə hər cür şəraitin yaradılmasına baxmayaraq..."

"Səs verdiyim məntəqədə hər cür şəraitin yaradılmasına baxmayaraq, xarici müşahidəçilər, xüsusilə Belarusdan olan müşahidəçilərdən başqa yerli müşahidəçilərə rast gəlmədim". Bunu APA-ya açıqlamasında 36 Saylı IV Xətai Seçki Dairəsinin 5 saylı məntəqəsində səs verən Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Təxminən saat 11:30 radələrində səs verən nazir qeyd edib ki, səs verdiyi məntəqədə seçicilərin aktivliyi, ümumiyyətlə, seçkinin təşkili yüksək səviyyədədir: "Quraşdırılan veb-kameralar, seçicilərin məntəqəyə axını, hətta növbə yaranması, müşahidəçilər üçün yaradılan şərait və sair bunu deməyə imkan verir. Lakin nədənsə xarici müşahidəçilərdən başqa yerli müşahidəçilərə rast gəlmədim".

S. Şərifov bildirib ki, o öz namizədinə səs verərkən Azərbaycanın uğurlu inkişafını, sabitliyi və tərəqqini əsas meyar kimi götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00