“Exit-poll” tədqiqatı bu saata olan nəticələri açıqladı
9 Oktyabr 2013 15:55 Siyasət"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi 9 oktyabrda 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində müstəqil "Exit-poll" tədqiqatı aparır. Regionlar üzrə "Exit-poll"un nəticələri saat 14.00 üçün aşağıdakı kimidir:
Exit-poll tədqiqatının nəticələrinə görə:
İqbal Ağazadə - 5 %
İlham Əliyev - 57,3 %
Araz Əlizadə - 0 %
Hafiz Hacıyev - 0 %
Qüdrət Həsənquliyev - 0 %
Cəmil Həsənli - 30,8 %
İlyas İsmayılov - 0 %
Fərəc Quliyev - 0 %
Sərdar Məmmədov - 0 %
Zahid Oruc - 1 %
Exit-poll tədqiqatından imtina edənlər isə 5,9 % olub.
Respondentlərin ən kiçiyinin 20, ən böyüyünün isə 62 yaşı olub.
Sorğuda iştirak edənlərin 0,5% ibtidai təhsilli, 8% natamam orta, 40,5% orta, 15,5% orta ixtisas, 9,5% natamam ali və 26% ali təhsilli respondentlər təşkil edib.
Respondentlərin 81,5% 2008-ci il prezident seçkilərində iştirak etdiyini, 9,5% iştirak etmədiyini bildirib. 4,5% isə ötənilki seçkilərdə yaşının çatmadığını, 4,5% seçkidə iştirakı xatırlamadıqlarını bildirib.
Seçki günü verdikləri səslərin düzgün hesablanmasına respondentlərin 50% inandığını, 36% inanmadığını, 14% isə dəqiq deyə bilməyəcəyini qeyd edib.
"Seçdiyiniz namizədə səs vermək qərarına nə vaxt gəlmisiniz" sualına 68% onun namizədliyini irəli sürməsi barədə bilən kimi, 30,5% seçkiqabağı kampaniya zamanı, 0,5% son həftə ərzində, 0,5% dünən, 0,5% bu gun seçki məntəqəsində cavablarını veriblər.
Respondentlərin 5% namizədin həmyerlisi olduğuna görə, 43% siyasi platformasına görə, 33% həmişə eyni namizədə səs verdiyinə görə, 2,5% eyni partiyanın namizədi olduğu üçün, 10,5% namizədin işgüzar və təcrübəli olmasına görə, 6% başqa səbəblərə görə səs veriblər.
Respondentlər arasında dövlət işçisi 13%, özəl sektor işçisi 34%, tələbə 14%, hərbçi 1%, təqaüdçü 3%, işsiz 21%, evdar qadın 6%, fərdi təsərrüfatçı 8% təşkil edib.
"Exit-poll" tədqiqatlarının nəticələrinə görə seçici aktivliyi 35% təşkil edib və seçicilərin seçki məntəqələrinə gəlməsi üçün inzibati resurslardan geniş istifadə edilib.
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi "Exit-poll" keçirmək məqsədilə qeydiyyata alınmaq üçün sənədləri qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etsə də, MSK təşkilatı qeydə almaqdan imtina edib. Təşkilat Apellyasiya və Ali Məhkəməyə şikayət etsə də MSK-nın qərarı qüvvədə qalıb. Buna baxmayaraq, nəzərdə tutulan məntəqələrdə "exit-poll" tədqiqatı aparılır. Sorğuların aparılmasında hər məntəqə üzrə 2 intervüer iştirak edir və "Exit-poll" sorğuları səsvermədə iştirak edən hər 5 nəfər seçicidən biri olmaqla keçirilir. "Exit-poll"un nəticələri hər 2 saatdan bir ictimaiyyətə açıqlanacaq.