Bölgələrdə də seçici fəallığı var
9 Oktyabr 2013 15:43 Siyasət"Respublikanın rayonlarında da yüksək seçici fəallığı müşahidə edilir. Müşahidə apardığımız və exit-poll keçirdiyimiz İmişli rayonunun 6 seçki məntəqəsində bunun şahidi oluruq". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada Beyləqan Gənclərinin Maarifləndirilməsi İctimai Birliyinin rəsmisi Asif Quliyev verib. Bildirib ki, seçicilər heç bir müdaxilə və təzyiq olmadan seçki məntəqələrinə gələrək öz seçimlərini edirlər: "Biz İctimai Birlik olaraq ELS Təşkilatının xətti ilə İmişli rayonunda müşahidə və exit-poll aparırıq. Hələlik heç bir qanun pozuntusu və digər neqativ hallar müşahidə edilməyib". Asif Quliyev ümumilikdə İmişli seçicilərinin səsvermə prosesində aktivlik nümayiş etdirdiklərini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00