İndoneziyalı müşahidəçi: “Seçkini izlədim, hər şey qaydasında idi”
9 Oktyabr 2013 14:57 SiyasətAzərbaycanda prezident seçkilərini izləyən İndoneziyalı beynəlxalq müşahidəçi İmmmanuel Robert İnkiriwang seçki prosesindən razı qaldığını deyib: "Azərbaycana ilk səfərimdir. Seçki müşahidəçisi kimi ilk təcrübəmdir. Bir həmkarımla Xətai rayonunda seçki məntəqəsində oldum, hər şey yaxşı idi. Səhər erkən vaxtlarda az adam gəlmişdi. Amma günortaya doğru say artmağa başladı. Hardasa 300-400 seçici, kifayət qədər çox idi. 1400 nəfərin seçici siyahısında olmasını nəzərə alaraq bu rəqəm kifayət qədər qənaətbəxşdir. Texniki cəhətdən hər şey qaydasında idi. Ümumiyyətlə, 6 seçki məntəqəsində olmuşam. Məntəqələrdən birində MSK kameraları bir tərəfdə qurulmuşdu, bütün mənzərəni göstərə bilmirdi. Ümumilikdə deyə bilərəm ki, proseslər yaxşı gedir. İşçilər çox mehriban idilər". OLAYLAR