Yüksək seçici fəallığı müşahidə edilir
9 Oktyabr 2013 14:44 Siyasət"Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının müşahidəsinə əsasən seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov səsləndirib. Yasamal rayonu 1 saylı seçki məntəqəsində səs verən Rufiz Qonaqov deyib ki, təmsil etdiyi qurum seçki prosesini yaxından müşahidə edir: "Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı ölkə üzrə prezident seçkilərinin monitorinqini həyata keçirir və exit-poll aparır. İlkin qənaətimiz ondan ibarətdir ki, vətəndaşlarda yüksək seçici fəallığı var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00