Seçki prosesi normaldır
9 Oktyabr 2013 14:42 SiyasətBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkiləri və səsvermə prosesinin ilkin gedişi ilə bağlı məlumat yayıb. "OLAYLAR"-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, BAXCP-nin baş katibi, Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev səsvermə prosesinin gedişini normal qiymətləndirib. Söhrab Abdullayev bildirib ki, 100-dən artıq dairədə prosesi izləyən müşahidəçilərdən saat 12.00-a qədər daxil olan məlumatlara əsasən seçki prosesi normal keçirilir: "Seçkilərin gedişi zamanı heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00