Türkiyədən olan müşahidəçi: Seçkilər tam şəffaf şəkildə keçirilir

Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir və bu şəffaflıq davam etməlidir. Bunu Trend-ə 19 saylı Nərimanov Birinci Seçki Dairənin 7 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Türkiyə Parlamentinin CHP-dən olan deputatı Ensar Oğut bildirib:
"Seçkilər çox gözəl, demokratik, şəffaf keçirilir, kameralar quraşdırılıb. Seçicilərə heç bir təzyiq göstərilmir. İnsanlar tam sərbəst şəkildə səs veriblər. Onların baş barmaqlarına boya da vurulur. Seçkidə kim qalib gəlirsə-gəlsin, uduzan adamın əlini sıxsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00