“Hər hansı qanun pozuntusu qeydə alınmayıb”

"Mən hal-hazırda seçki qərargahındayam və bu saata olan məlumata görə, hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".Bu barədə məlumatı "OLAYLAR"-a prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki qərargahının üzvü Niyamədin Orduxanlı verib. Bildirib ki, seçki qərargahına regionlardan da müntəzəm olaraq məlumatlar daxil olur: "Yerlərdən verilən məlumata görə seçicilər səsverməyə gəlir və öz istədikləri namizədlərə səs verirlər". Niyaməddin Orduxanlı onu da bildirib ki, prezidentliyə namizəd Qüdrət Həsənquliyev saat  11:00-da, 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində səs verıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00