“Bütün insanlarımız seçki məntəqələrinə gedərək doğru seçimlərini edəcəklər” - DEPUTAT

Millət vəkili Qənirə Paşayeva da qeydiyyatda olduğu seçki məntəqəsinə gedərək  səsvermə prosesində iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili özü bu barədə facebook profilində qeyd edib. O, bildirib ki,  hər bir səs önəmlidir: "İnanıram ki, bütün insanlarımız seçki məntəqələrinə gedərək doğru seçimlərini edəcəklər. Biz öz seçimimizi etmişdik, sadəcə bu gün səs verərək bir daha təsdiqlədik. İnşallah seçkilər ölkəmiz və millətimiz üçün xeyrli-uğurlu olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00