Gənclər səsvermə prosesində fəaldırlar

"Azərbaycan gəncləri səsvermə prosesində fəallıq nümayiş etdirirlər". Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov "OLAYLAR"-a bildirib ki, hər bir gənc seçki məntəqələrinə gedərək qeydiyyatlari üzrə səs verir: "Xalqin, Azərbaycan gəncliyinin seçimi cənab İlham Əliyevdir". Seymur Orucov səsvermə prosesində hər hansı qanun pozuntularının qeydə alınmadığını da söyləyib: "Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri paytaxt və respublikanın rayon və şəhərlərində yerləşən seçki məntəqlərində səsvermə prosesini izləyirlər. Gəldiyimiz qənaət ondan ibarətdir ki, seçkilər azad və demokratik şəraitdə keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00