İƏT-in Müşahidə Missiyasının rəhbəri: "Seçki yüksək səviyyədə təşkil olunub"

"Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq, müşahidələr aparmışıq və indiyə qədər müşahidələrimizdən seçkinin yüksək səviyyədə təşkil olunduğunu deyə bilərəm".Trend-in məlumatına görə, bunu jurnalistlərə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müşahidə Missiyasının rəhbəri Habib Kaabaçi deyib.
H.Kaabaçı düşünür ki, bu, demokratiyanın və yaxşı idarəçiliyin göstəricisidir.
H.Kaabaçi seçkilərdə, həmçinin gənclərin aktiv iştirakını müşahidə etdiyini bildirib və deyib ki, bu seçkinin insanların etimadını doğruldacağına və insanların düzgün seçim edəcəklərinə əmindir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00