Saat 11:00-a olan məlumata görə, 4 saylı cəzaçəkmə məntəqəsində 80 nəfər səs verib
9 Oktyabr 2013 12:43 SiyasətƏdliyyə Nazirliyi Pentensiyar xidmətin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə məntəqəsində yaradılmış 36 saylı Xətai dördüncü seçki dairəsinin 33 saylı seçki məntəqəsində siyahı üzrə 346 nəfərdən saat 11:00-a qədər 80 nəfər səs verib.Bunu seçki məntəqəsinin sədri Suğra Ramazanova deyib.
Siyahı üzrə 346 nəfərdən 343-ü qadın, 3 nəfər isə yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan və 18 yaşı tamam olmuş şəxslərdir.
Səs verənlərdən məhkum Gözəlov Sevinc Oruc qızı (C.M-nin 178.3.2 maddəsi (dələduzluq)) bildirib ki, namizədlərin platforması ilə tanış olublar və bunun üçün onlara hər bir şərait yaradılıb.
18 yaşı tamam olmuş Kənan Muradov isə qeyd edib ki, namizədlərin seçki platforması ilə tanış olmaq üçün tam şərait yaradılıb: "Hər kəs öz seçimini edir, onlara heç bir təzyiq yoxdur və könüllü olaraq səsimizi veririk".