Zəfər Quliyev boykot edir

Milli Şuranın və Ziyalılar Forumunun üzvü Zəfər Quliyev bundan sonra Şurada təklif irəli sürməyəcək.  Bu haqda ona yaxın adamlar danışır. Qeyd edirlər ki, Z. Quliyev vahid namizədin sədrliyi ilə yaradılan strateji seçki mərkəzində çıxışı zamanı təklif edib ki, müxalifət liderləri hər dəfə mitinqdə çıxış etməsinlər. Ümumiyyətlə, səhnədə yalnız vahid namizəd dursun və yalnız o çıxış etsin. Eləcə də, aksiyada AXCP və Müsavatın bayraqları qaldırılmasın, çıxışçılar arasında yeni simalar üstünlük təşkil etsin. Ancaq onun təklifləri rədd edilib. Bundan sonra politoloq bir daha strateji seçki mərkəzinin iclaslarında iştirak etməmək qərarını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00