Ermənilərin vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi- ÖZƏL
26 Fevral 2024 11:09 Siyasət"Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. Xüsusilə son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin təzahürlərindən biri kimi baş vermişdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisinin deputatı Kamaləddin Qafarovun sözlərinə görə, lakin ermənilərin vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi: "Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra- 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimiz separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi".