"Ukrayna döyüşü" təkqütblü dünya sisteminin çökdüyünün təsdiqidir- ÖZƏL
26 Fevral 2024 10:45 Siyasət"Rusiya ilə Qərb arasındakı "Ukrayna döyüşü" "Soyuq müharibə"dən sonra formalaşan təkqütblü dünya sisteminin çökdüyünün faktiki bəyanı və təsdiqidir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib: "Artıq beynəlxalq münasibətlər sistemi II Dünya müharibəsindən 1991-ci ilə qədərki dövrə geriləmiş durumdadır. Deməli, geosiyasətdə zaman və məkan məfhumu yoxdur: maraqlar və hərəkətlər, strategiya və planlar dünyanı 100 il əvvələ apara, 200 il geriyə qaytara bilər..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31