COP29-un Azərbaycanda keçirilməsi ölkənin mühüm rolunu nümayiş etdirir - Yaponiya səfiri

Bu il Azərbaycanda "Yaşıl Dünya üçün Həmrəylik İli" elan edilib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasının keçirilməsi ölkənin beynəlxalq kontekstdə ən mühüm rollarından birini vurğulayır.

Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın Azərbaycandakı səfiri Katsui Vatanabe deyib.

"Bu böyük tədbirdə bir çox ölkədən nümayəndələrin, o cümlədən Yaponiyadan nümayəndə heyətlərinin iştirakı gözlənilir. Əminik ki, Azərbaycan COP29-u uğurla və məhsuldar keçirəcək", - o deyib.

Eyni zamanda səfir əlavə edib ki, Yaponiya öz dəstəyini verməkdən məmnun olacaq və yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır.

Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmi olaraq 2023-cü il dekabrın 11-də Dubayda elan edilib. Azərbaycan noyabrda bu tədbirə ev sahibliyi edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31