Azərbaycan bu işin öhdəsindən yüksək səviyyədə gələcək -Zeynal Əmrəliyev -ÖZƏL

"COP-29  tədbiri Azərbaycanda bu günə qədər keçirilən tədbirlərin içində öz böyüklüyü ilə fərqlənir. Noyabrda keçiriləcək bu tədbir bizim üçün çox böyük mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Həmin tədbirdə minlərlə insan iştirak edəcək, həmçinin dünyanın diqqəti  bizdə  olacaq. Eko təhlükəsizlik hazırda qlobal problem səviyyəsindədir. Azərbaycan bu məsələdə əsas missiyanı öz üzərinə götürüb. Biz bundan ən çox əziyyət çəkən ölkələrindən biriyik, 30 il torpaqlarımız işğal altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal altında saxlayanda  Azərbaycan təbiətini vəhşicəsinə talan etdilər. Kəlbəcər meşələri, dünyaca məşhur Zəngilan meşələri talan edilib. Su ehtiyatlarımızı çox kobud şəkildə istismar ediblər. Azərbaycan artıq dünyada bu kimi problemlərin yaşanmasını istəmir. Təşkilat Komitəsinin tərkibindəki dəyişikliklər çox təqdir ediləcək hadisədir. Çünki, bu sahəyə aidiyyatı olan insanlar, nüfuzlu QHT rəhbərləri daxil edilib. Görünür ki, bu ümummilli məsələdir və dövlət də bu sahədə ictimaiyyət nümayəndələrinin iştirakında maraqlıdır. Cəmiyyətin hər bir fərdi bu tədbirin təşkilində, keçirilməsində əlindən gələni etməlidir və edəcək. Azərbaycan üçün, dünyada ölkəmizin prestiji baxımından çox önəmli bir məsələdir. Bu həm də dünyanın ekoloji vəziyyətinə verdiyimiz böyük töhfə olacaq. Şübhəsiz ki, bu işin təşəbbüskarı, bu işdə ən çox əziyyət çəkən ölkəmizin Prezidenti Cənab İlham Əliyevdir. Biz də bu məsələdə sıravi əsgər olaraq müzəffər Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm bir tədbir keçirib dünyada öz gücümüzü göstərməliyik və göstərəcəyik də. COP-29 tədbiri həm də ölkəmizin iqtisadi inkişafı və turizmin inkişafına da çox böyük tövhə verəcək. Azərbaycan  dünyada ədalətin, sülhün  əldə edilməsi, dünya insanlarının təmiz, sağlam mühitdə yaşaması üçün qlobal miqyaslı bir vəzifəni öz öhdəsinə götürüb. Bu bir daha Azərbaycan dövlətinin, Cənab Prezidentin aktiv diplomatik uğurlarını, hər zaman dövlətimizin və onun rəhbərinin ədalətin tərəfində  durmasını, ekoloji təhlükəsizliyin qorunmasına necə həssas yanaşdığını göstərir. Bu məsələ hamımız üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycan bu işin öhdəsindən yüksək səviyyədə gələcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31