COP-29 Azərbaycanın özünü dünyaya bu tərəfdən də göstərə bilməsi üçün əlavə imkandır - ÖZƏL

"COP-29-un keçirilməsi hər şeydən öncə Azərbaycana qlobal səviyyədə göstərilmiş növbəti etimaddır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Biz, ərizə verərək  bu tədbirin Bakıda, ümumiyyətlə Azərbaycanda keçirilməsini arzu etdiyimizi bildirmişik və dünya dövlətləri, ümumiyyətlə dünyada qərar verən güclər o etimadı bizə göstəriblər. Artıq Azərbaycan tam sürətlə bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıqlar görür. Eyni zamanda dünyanın diqqət mərkəzindəyik. Təbiidir ki, bu tədbir həcminə görə çox böyük tədbir olduğuna görə, Azərbaycana diqqət də əvvəlki tədbirlərdən qat -qat artıq olacaq. 
Bu qeyd etdiyim kimi, bir etimaddır. Azərbaycanın özünü dünyaya bu tərəfdən də göstərə bilməsi üçün əlavə imkandır və biz millət olaraq bir daha dünyaya göstərə biləcəyik ki, dava üçün deyil, müharibə üçün deyil, məhz bu cür dinc, faydalı aksiyalar üçün daha uyğun bir millətik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31