Fransa sülhə ona görə mane olur ki…-Əziz Əlibəyli- ÖZƏL

"Fransa Azərbaycanla Ermənistan arasında sülhə ona görə mane olur ki, Ermənistanı silahlandırsın".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Bu silahların adını "müdafiə" silahları qoyur. Amma əlbəttə, konkret niyyət sülh müqaviləsinə mane olmaq və  fransız ordusunu bölgəyə gətirməkdir. Buna nail olacaqmı? Bu haqda yaxın gələcəkdə nəsə demək üçün çox tezdir, amma artıq fransız silahlarından ilk atəş ötən həftə Azərbaycan ordusuna atıldı. Azərbaycan ordusu Ermənistanın ilk fransız silahları üzərində "sınağı"nı uğurlu şəkildə həyata keçirmiş oldu. Fransa bunları nəzərə almaq məcburiyyətindədir. Azərbaycan regional və qlobal müttəfiqləri ilə tanınan ölkədir. 2020-ci ildən başlayan müharibənin arxasında hansısa təsadüfi səbəblər yoxdur. Bəlli strategiyalar var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31