COP-29 kimi tədbirin təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir - ÖZƏL

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi bidbaşa Azərbaycanın beynəlxalq imicinin göstəricisidir. Başqa sözlə Azərbaycan artıq beynəlxalq problemlərin müzakirə edildiyi məkana çevrilib. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib. Bildirib ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forumdur: "Artıq dövlət başçısı sözügedən tədbirin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Nəzərə almaq lazımdır ki, COP-29 müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir, qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək, Azərbaycana 10 minlərlə xarici qonaq gələcək. Buna baxmayaraq, Azərbaycanın istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirməsi üçün kifayət qədər təcrübəsi var".  
Hüquqşünas əlavə edib ki, bütün hallarda COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Belə ki, həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Buna görə, dövlət başçısının sərəncamı ilə Təşkilat Komitəsinin (TŞ) tərkibi bir qədər də genişləndirilib. TK-də gender balansı tam təmin olunub, bu isə Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətin göstəricisidir. Digər tərəfdən, COP-29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağını nəzərə alsaq, TK-da iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslərin  də təmsil olunması müsbət addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31