Bunlar Fransa dövləti üçün olduqca ağır itki və zərbələrdir-Oqtay Qasımov- ÖZƏL

"Türkiyə Milli Kəşfiyyat Təşkilatının Fransa casuslarını  saxlaması ilə bağlı xəbər təəccübləndirmədi".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Son illər bir çox ölkələr, o cümlədən, Azərbaycan da Fransanın casuslarını ifşa edib və bu casusların əksəriyyəti diplomatik fəaliyyət kölgəsində əslində, casusluqla məşğul olublar. Bu baxımdan bir müddət öncə Rusiyada da belə bir hal baş vermişdir. Fransa casusları ifşa olunaraq ölkədən çıxarılmışdır. Təbii ki, bunların baş verməsi Fransanın   imicinə kifayət qədər zərbədir. Xüsusilə də son dövrlər Fransanın ümumən Avropa qitəsində və dünyada oynadığı mənfi rol ona qarşı kəskin mənfi münasibətlərin formalaşmasına gətirib çıxarıb. Aİ-nin özünün daxilində belə Fransadan narazı olan dövlətlərin sayı kifayət qədərdir. Son dövrlər Azərbaycan, Türkiyə və Rusiyada, o cümlədən, digər ölkələrdə Fransa casuslarının aşkarlanması, ifşa olunması ilə bərabər Afrikadan Fransanın qovulması və keçmiş müstəmləkələrin ona müqavimət göstərməsi, əlaqələri minimuma endirməsi Fransa dövləti üçün əlbəttə ki, olduqca ağır itki və zərbələrdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31