Azərbaycanda Qərbi Azərbaycan Mühacirət Hökuməti formalaşmalıdır-Tural İsmayılov- ÖZƏL

"Əlbəttə ki, Ermənistan  Azərbaycanla normal münasibətlərdən və sülh perspektivlərindən danışırsa, iki ölkə arasındakı münasibətlərin  öz axarına düşmək perspektivlərini  səmimi olaraq nümayiş etdirmək istəyirsə, separatçı rejimin Ermənistandakı dırnaqarası nümayəndəliyini ləğv etməlidir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Faktiki olaraq Qarabağdakı separatçı rejim Azərbaycan tərəfindən tarixin zibilliyinə  göndərilsə də, bu gün separatçıların müxtəlif adlar altında Ermənistan ərazisində yenidən dırnaqarası təşkilatını görürük. Həmçinin Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləsə də Ermənistan ərazisində dırnaqarasl "Arsak" nümayəndəliyi və o dırnaqarası nümayəndəliyin önündə qondarma bayrağın asılmağına qarşı çıxmır, o nümayəndəliyi  ləğv etmir. Həmçinin Sarkisyan dövrünün tör-töküntü və qalıqları olan Vardan Voskanyan və bu qəbildən olan revanşist separatçı siyasətçilərin rəhbərliyi altında hansısa dırnaqarası QHT-lərin yaranması, Qarabağa aid iddiaların yenidən səslənməsi və Ermənistanda revanşizmin gücləndirilməyə çalışılması cəhdlərinə də Ermənistan hakimiyyəti tərəfindən qarşı çıxılmır. Həmçinin biz görürük ki, son dövrlər Ermənistan Parlamentində təmsil olunan siyasətçilər separatçıların müxtəlif nümayəndələri ilə gizli və yaxud da açıq görüşlər keçirir. Bütün bunlar da Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında söylədiyi fikirlərdə nə qədər yalançı olduğunu növbəti dəfə nümayiş etdirir. Mən hesab edirəm ki, artıq Azərbaycanda Qərbi Azərbaycan Mühacirət Hökuməti formalaşmalıdır. İcma yaradılıb, icmanın çox yaxşı perspektivli fəaliyyəti var, amma Ermənistandakı bu separatçı meyillərə qarşı bizim də Qərbi Azərbaycan Mühacirət Hökuməti yaratmağımızın vaxtı çatıbdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31