Azərbaycan da ən çətin vaxtlarında Türkiyəyə qardaş dəstəyi göstərir- ÖZƏL
23 Fevral 2024 13:54 Siyasət"Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəyə qardaş dəstəyi göstərir. Ötən ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə lazımi dəstək üçün bütün imkanlar səfərbər olunub. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib. Eyni zamanda, bütün vətəndaşlarımız öz imkanları daxilində yardımlar edərək türk xalqı ilə çətin günlərdə həmrəylik nümayiş etdiriblər".