Prezident Yaponiya İmperatoruna təbrik ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya məktub göndərib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31