Putin yeni ittifaq dövləti yarada bilər- ÖZƏL

"Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin əsas səbəbini D. Medvedev açıq şəkildə qeyd etdi. Sabiq prezident və Təhlükəsizlik şurasının sədr müavini D. Medvedev Ukraynanın Rusiya ilə İttifaq dövləti quracaq, ya da məhv olacaq kimi açıqlamasi Kremlin imperialist siyasətini ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqanın müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vladimir  Putin Belarus, Ukrayna ilə  birgə yeni İttifaq dövləti quraraq növbəti mərhələdə Qazaxıstanı da ittifaqa cəlb edib, digər MDB ölkələrinə də siyasi təzyiqləei artıracaqdi. Ukrayna Rusiyanın nəzarətinə keçərsə, V. Putin MDB-dən ibarət yeni ittifaq dövləti yarada bilər:
"Əgər, NATO yaz ayına kimi Ukraynaya hərbi yardımları artırmasa, ABŞ tez bir zamanda 60 milyard dolları yarımasa Rusiya Ukrayna və Qərb üzərində həlledici qələbə əldə edə bilər. Bu da dünyada yeni tam fərqli siyasi mənzərə yaradar. Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Bribaltika Rusiyanın nəzarətinə keçəcək. Türkiyə də regiondan sıxışdırılıb çıxarılacaq. Rusiyanın əsas ssenarisi budur. Təbii ki, Kreml Çar Rusiyasının sərhədlərinə çıxmağı arzu edir.  Qərbdə nəsil dəyişimi siyasətə də ciddi mənfi təsir edib. Rusiya  təhlükəsini gec başa düşərək Ukrayna müharibəsində süstlük edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31