Fransanın Azərbaycana yönəlik qeyri-konstruktiv mövqeyi sürətlə davam edir-Telman İsa- ÖZƏL
22 Fevral 2024 20:51 Siyasət"Məlum olduğu kimi, Nikol Paşinyan və onun həyat yoldaşı Anna Paşinyan Fransaya səfər edib. Güya bu səfərdə əsas məqsəd Fransa vətəndaşı olan, amma güya Müqavimət Hərəkatında iştirak etmiş Misak Manuşyanın və onun həyat yoldaşı Melina Manuşyanın dəfni ilə əlaqəlidir. Paşinyanın verdiyi açıqlamalara görə, onun Fransanın hazırkı Prezidenti Emmanuel Makronla çox dərin və dost müstəvisində görüşləri keçirilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Telman İsa qeyd edib:
"Doğrudur, Paşinyan hərbi sahədə Fransanın hansısa dəstəyini qeyd etməyib, amma Fransanın "Le Fiqaro" qəzetinin 22 fevral tarixli səhifələri qeyd edir ki, Fransa Ermənistana müdafiə xarakterli silah-sursat verəcək. Bu silah-sursat nədən ibarətdir? Burda əsasən 3 radar "Ground Master GM200" kompleksi təqdim olunacaq. Bu radar kompleksinin hərbi göstəriciləri ondan ibarətdir ki, 250 kilometr məsafədə qarşı tərəfin təyyarələrini müəyyənləşdirə və hədəfi seçə bilir. Bundan başqa Fransa Ermənistana xüsusi binokllar da göndərəcək. O binokllar ki, axşam vaxtı qaranlıqda o binokl vasitəsi ilə ərazini müşahidə etmək mümkün olur. Bundan başqa qeyd olunur ki, Fransa tərəfi Ermənistanla xüsusi müqavilə bağlayıb ki, müqaviləyə əsasən fransız ordusunun müvafiq zabitləri Ermənistan hərbiçiləri üçün 3 kurs keçəcəklər. Bu kurs relyef ərazidə- dağlarda döyüş qabiliyyətənin artırılması üçün nəzərdə tutulmuş kurslardır. Bunların hamısını qeyd etməkdə məqsədimiz odur ki, bu, bir daha göstərir ki, xüsusilə də 44 günlük müharibədən sonra Fransanın Azərbaycana yönəlik, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə yönəlik qeyri-qanuni konstruktiv mövqesi təəssüflər olsun ki, çox sürətlə davam edir. Biz bir daha əmin oluruq ki, Azərbaycan və Azərbaycanın siyasi rəhbərliyi, o cümlədən ordu ATƏT-in Minsk qrupunun bölgə, konflikt, münaqişə ilə bağlı atdığı addımlar Cənab Prezidentin də inaqurasiya da qeyd edtiyi kimi, imitasiya idi. Bu məsələləri Azərbaycan haqlı olaraq öz xeyrinə, BMT-nin məlum dörd qətnaməsini rəhbər tutaraq hərbi əməliyyatı uğurla başa vurdu. Necə ki Qərb dairələri, o cümlədən həm ABŞ, Fransa və Avropanın ölkələrində Ukrayna prezidenti Vladimir Zelenskini tərifləyərək böyük Rusiya müharibəsinə sövq edənlər çox rahatlıqda Paşinyanı da eyni addımla böyük savaşa, konfrantansiyaya hazırlayırlar. Əlbəttə ki, bu məsələdə uduzan tərəf necə ki hazırda Ukrayna tərəfi də böyük çətinliklər yaşayır, eyni zamanda hesab edirəm ki, Ermənistanı sülh müqaviləsinə deyil, əksinə iki ölkə arasında antoqonik hislərin daha da genişlənməsində məqsəd güdən Qərb ölkələri, xüsusilə bunların başında duran Fransa və Fransanın hazırkı Prezidenti bir daha münaqişənin tarixin arxivinə deyil, daha da qızışdırılmasına, bərpasına yönəldir. Bu isə o deməkdir ki, rəsmi Bakının, Cənab Prezident İlham Əliyevin də dəfələrlə söylədiyi "tərəflər arasında sülh bağlanmalıdır" fikiri, sülhün müəllifi və təklif edəni də Prezident İlham Əliyevdir, amma görünür ki, Azərbaycanın konstruktiv yanaşmalarıma məhz Ermənistandan və onun havadarlarından qeyri-adektav cavablar gəlir. Bir daha əmin oluruq ki, Azərbaycan tərəfinin və ölkə başçısının Ermənistan tərəfinə göndərdiyi beş bənddən ibarət olan sülh müqaviləsinin bağlanmasının əsas şərtləri kimi irəli sürdüyü şərtlər mütləq şəkildə icra olunmalıdır. Biz bir daha görürük ki, bu şərtlər icra olunmayacaqsa, iki ölkə arasında sülh müqaviləsindən söhbət gedə bilməz. Ən azından ona görə ki, nə Ermənistan müstəqil siyasət irəli sürür, ya da ki Ermənistanı dəstəkləyən siyasi qüvvələr sülh müqaviləsinin bağlanmasında qətiyyən maraqlı deyillər. Ona görə də, bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Fransanın qeyri-konstruktiv mövqeyi davam etməkdədir, amma hər nə qədər davam etsə də, Azərbaycanın hər sahədə, beynəlxalq müstəvidəki diplomatik masada beynəlxalq hüquqa söykənən mövqeyi güclüdür. Hər hansı bir təhlükə olarsa, ölkə rəhbərliyinin vurğuladığı kimi ordu və komandanlıq yerindədir. Azərbaycam bu məsələlərə qarşı barışmaz mövqe sərgiləyəcək. Bu məsələlərdə də uduzan yenə Ermənistan tərəfinin özü olacaq. Prezident seçkilərindəki inaqurasiyadan sonra Azərbaycan Münhendə xeyli görüşlər keçirdi və bu görüşlərin qayəsində əsasən Azərbaycana diqqətin artırılması idi. Ən diqqət çəkən məqam bu idi ki, Almaniyanın Kansleri Olaf Şolts ilə keçirilən üçtərəfli görüşdə Bakının təkidi ilə Makron və onun Fransası kənarda qaldı. Əlbəttə ki, Fransa bunu uda bilmir, bu məsələlərlə barışa bilmir. Bu, onun öz mövqeyidir. Çünki, Azərbaycan bu mövqedə haqlıdır. Fransanın qeyri-konstruktiv mövqeyi onun danışıqlar masasından kənarda qalmasına rəvac verir. Əminəm ki, rəsmi Bakı bundan sonra da eyni mövqe sərgiləyək və münaqişənin həllindən sonra bölgədə, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı dirəniş gətirən ölkələrlə, təsisatlarla, təşkilatlarla Bakı sərt şəkildə davranacaq. Necə ki, bu addımı Münhendə atdı".