Başda Prezident İlham Əliyev olmaqla burada əməyi keçən hər kəsə təşəkkür düşür-İlyas Hüseynov- ÖZƏL
22 Fevral 2024 17:56 Siyasət"Qeyd etmək lazımdır ki, Kamil Zeynallının Rusiyada saxlanılması məhz Ermənistan Respublikasının müraciəti əsasında baş vermişdir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Ermənistan sosial şəbəkələrinə baxanda görürük ki, onlar bayram içində idilər, bunu böyük şadyanalıqla qarşılayırdılar və bunu qələbə kimi qələmə verməyə çalışırdılar. Lakin əsas məsələ bundan ibarətdir ki, məhz dövlətin bu işə qarışması, həm hüquq mühafizə orqanları, həm Heydər Əliyev Fondu, dövlət başçısı və Rusiyada olan səfirimiz Polad Bülbüloğlu və eləcə də vəkil təyin olunması göstərir ki, Azərbaycan öz vətəndaşını qoruya bildi. Çünki, bizim beynəlxalq müstəvidə dəfələrlə ermənilərlə bu tipli problemlər yaşanmışdır və Azərbaycan dövləti hər zaman öz vətəndaşlarına sahib çıxıb, qoruyub, onların sağlamlığını, təhlükəsizliyini təmin edib. İmkan verməyib ki, Azərbaycan vətəndaşları üzərindən Ermənistan saxta təbliğat həyata keçirib bununla çox cılız məqsədlərinə çata bilsinlər. Bu Azərbaycan dövlətinin vətəndaşına sahib çıxmasının daha bur nümunəsidir. Çox şükür ki, Kamil Zeynallı Vətənə qayıtdı, öz evinə, ailəsinə qovuşdu və başda cənab Prezident İlham Əliyev olmaqla burada əməyi keçən hər kəsə təşəkkür düşür".