COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib - SƏRƏNCAM
22 Fevral 2024 16:38 SiyasətBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.
Olaylar.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Təşkilat Komitəsinin tərkibinə aşağıdakı şəxslər daxil edilib:
"Xanlar Ağalarov - Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
Gülşən Axundova - "Qadın, İnkişaf, Gələcək" ictimai birliyinin sədri.
Səbinə Hacıyeva - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.
Mehriban İmanova - Azərbaycan Elm Fondunun İcraçı direktoru.
Məryəm Məcidova - Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" ictimai birliyinin sədri.
Natəvan Məmmədova - Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
Nigar Məmmədova - "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Şəbnəm Məmmədova - "SmartNation" platformasının təsisçisi.
İlqar Musayev - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Samirə Musayeva - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.
Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Könül Nurullayeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Ruslan Sadıqov - Bakı "Ağ Şəhər" layihəsinin baş direktoru".
İnarə Vəliyeva - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
Pərvanə Vəliyeva - "Sağlamlığa Xidmət" ictimai birliyinin icraçı direktoru, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi
Fatma Yıldırım - Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Təşkilat Komitəsinin tərkibindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxarılıb.