Fransa dünyanın siyasi elitasında özünə yer tuta bilmir- RƏYLƏR

20 ildən artıqdır ki, keçirilən Münhen Təhlükəsizlik Konfransı bu istiqamətdə keçirilən tədbirlər içində ən məşhurudur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı  mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. 

Siyasi şərhçi Elşad Həsənov bildirir ki, Azərbaycan Prezidenti növbədənkənar seçkilərdə qələbə qazanandan sonra Münhen Təhlükəsizlik Konfransında iştirak etdi və bir çox önəmli görüşlər keçirdi.:

"Eyni zamanda "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak etdi və çıxışında Azərbaycan reallıqlarını bir daha bildirdi. Cənubi Qafqazda sülhün olması üçün beynəlxalq təşkilatların da bu işə dəstəyinin lazım olmasını bildirdi. Münhen Təhlükəsizlik Konfransında 150 ölkənin dövlət və millət başçıları iştirak edirdi. Çox böyük, mötəbər bir tədbir idi. Burda çox sıx qrafik idi və Azərbaycan Prezindenti bir çox görüşlər keçirdi. Azərbaycan Prezidenti ilə görüşmək istəyən çox adamlar-dövlət başçıları, böyük şirkətlərin rəhbərləri, maliyyə mərkəzlərini rəhbərləri var idi. Azərbaycan Prezidenti vaxt məhdudiyyətindən əsas görüşləri keçirdi. Almaniya Kansleri Olaf Şolts ilə görüşdü və Azərbaycan Prezidenti Paşinyanla təkbətək söhbət apardı. Sonra mətbuata verilən açıqlamadan söhbətin qayəsi o oldu ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamaq üçün müvafiq addımlar atacaqlar. Azərbaycan Prezidenti ABŞ-nin iqlim dəyişikliyi ilə bağlı nümayəndəsi Kerri ilə görüşdü və onu Azərbaycana dəvət etdi. Dəvət böyük sevinclə qəbul olundu. Eyni zamanda Azərbaycan Prezidenti Rokfeller Fondunun rəsmisi ilə, Banqladeşin rəhbəri ilə görüşdü. Eyni zamanda ABŞ dövlət katibi Antoni Blinkenlə ayrıca görüş keçirdi və bu görüşdə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələr aparıldı. Azərbaycan Prezidenti qalib ölkənin qalib sərkərdəsi kimi bu dəfəki konfransda daha güclü, qətiyyətli görünürdü. Azərbaycan Prezidenti həmişə iştirak etdiyi tədbirlərdə Azərbaycan dövlətinin, xalqının mənafeyinə uyğun sözlər deyib. Ona görə də, bu gün dünya səviyyəsində baxanda Azərbaycan Prezidentinin savadı, diplomatik biliyi, hərəkətləri, danışıq dili digər ölkə rəhbərlərindən xeyli fərqlənir. Təbii ki, yaxşı mənada əlçatmaz edir. Azərbaycan Prezidenti bu nüfuzu, bu sevgini ən əvvəl öz xalqı arasında tapdı. Xalqına arxalandı və müharibədə qələbə çaldı. Bu gün adını Azərbaycan tarixinə qızıl həriflərlə yazan İlham Əliyev dünya siyasi arenasında da böyük nüfuz sahibidir. Avropa İlham Əliyevə xitafən deyir ki, avropalılar sizi bizdən çox sevir. Bu özü də Azərbaycan prezidentinə verilən dəyərdir. Bu gün Azərbaycan Prezidenti seçiləndən sonra dünyanın böyük dövlətləri Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlayaraq onunla təzdən görüşmək, iş birliyi qurmaq üçün səbirsizlikdə gözlədiklərini bildirdilər. Bu, dünyanın belə qarışıq dönəmində Azərbaycan Prezidentinin hansı yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan dünyada 10 milyon əhalisi olan kiçik ölkədir. Amma bu gün Türkiyə-Rusiya münasibətlərinin düzəlməsində bir başa İlham Əliyevin böyük səyi oldu. Avropa ölkələrində də İlham Əliyevin çox etibarlı tərəfdaş olduğunu dəfələrlə qeyd olunub. Azərbaycan Prezidentinin artan nüfuzuna qısqanclıqla yanaşan, onu istəməyən qüvvələr də var. Bunun da ən böyüyü, Ermənistanda da daha böyüyü Fransa və onun prezidenti Makrondur. Çünki, Fransa kimi böyük nüfuzlu dövlətin prezidenti apardığı siyasətlə Fransanı nüfuzdan salıb. Fransa dünyanın siyasi elitasında özünə yer tuta bilmir. Makron öz əməlləri ilə öz xalqı qarşısında da gözdən düşüb. Onu təhqir edirlər, o, küçəyə çıxanda üzünə şapalaq vururlar, yumurta atırlar. Bu gün Fransanın paytaxtı Paris nə gündədir. Fermerlər gətirib zibili atırlar. Bu, Fransa kimi böyük, nəhəng dövlətin prezidenti seçilmiş Makronun apardığı siyasətin nəticəsidir. Biz Azərbaycanda inkişafa, tərəqqiyə, Azərbaycan torpaqlarının düşməndən azad edilməsinə səbəb Azərbaycan Prezidentinin nüfuzu, hörməti və xalqın buna dəstəyidir. Bəzi siyasi rəhbərlərdə hansısa dövlətin prezidentini daha çox nüfuza sahib olması qısqanclıq yaradır. Bu da təbiidir və dünyada gedən proseslərin bir hissəsidir. Prezidentimizin apardığı daxili və xarici siyasət öz bəhrəsini verir, Azərbaycan inkişaf edir, dünya dövlətləri arasında irəliləyir. Həm iqtisadi, həm də hərbi göstəricilərə görə də irəliləyir. Təbii ki, Azərbaycan Prezidentinin andiçmə mərasimində söylədiyi kimi qarşıda-yeni eranın başlanğıcında çox böyük məsələlər durur. Bu məsələlərin də həllində Azərbaycan Prezidenti öz mövqeyi ilə birlikdə bütün hədəflərə çatacaq və Azərbaycan nəinki Cənubi Qafqazın lider ölkəsi, bir çox ölkələri öz əməlləri ilə ötüb keçəcək. İlham Əliyevin Prezident olduğu dövr Azərbaycanın inkişaf, irəliləyiş dövrü kimi tarixdə qalacaq".

Siyasi şərhçi Ramiz Alıyevin qeyd edir ki, hər bir görüşdə qarşı tərəf Cənab Prezidenti iki məsələ ilə bağlı xüsusilə təbrik edirdi:

"Bunlardan biri Cənab Prezidentin yenidən Azərbaycan Respublikasının vətəndaşlarının yüksək səs çoxluğu ilə Prezident seçilməsi münasibəti ilə, digər məsələ ilə COP29-un Azərbaycanda keçirilməsi məsələsinə idi avə Cənab Prezidentə hər zaman olduğu kimi yenə də böyük ümidlər bəsləndiyini bildirdilər. Cənab Prezidentlə digər ölkə başçılarının münasibətlərinin daima yaxşı olmasını arzu etdilər. Azərbaycanla həmin beynəlxalq təşkilatların, şirkətlərin, ölkələrin münasibətlərini qarşıda hansı formada daha da yaxşı qurmaq haqqında müzakirələr apardılar. 
Bu görüşləri diqqətlə izlədim. Diqqətimi çəkən məqamlardan bir neçəsini qeyd etmək istəyirəm. Məsələn, ATƏT-in hazırkı sədri və rəsmiləri ilə görüşdə Cənab Prezident ATƏT-in bir neçə qurumlarının artıq ləğv olunmasını məsləhət gördü. Həqiqətən də, onlar da oturub düşünsələr, bu, çox doğru qərar olar. ATƏT-in Minsk qrupu bizim ən çox tanıdığımız qurumlardan biridir. Həmin qurumun fəaliyyətsizliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla təmin etdi. Hansı ki, bunu ATƏT-in Minsk qrupu həyata keçirməli idi və sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalı idi. Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində bu prosesi Azərbaycan tək başına və hərbi yolla həyata keçirdi və Azərbaycan suverenliyini bərpa etdi. Eyni zamanda ATƏT-in digər təsisatları var ki, onların da ləğv olunması lazım olduğunu bildirdi. Daha sonra isə Cənab Prezidentin ABŞ-nin dövlət katibi Blinkenlə görüşü oldu. Təbii ki, bu görüş Blinkenin təşəbbüsü ilə baş tutdu. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, Blinken hal-hazırda ABŞ dövlət katibi olmaqla yanaşı, həm də de-fakto ABŞ-ı idarə edən şəxsdir. ABŞ prezidenti Co Bayden fəaliyyətsizdir və o, mətbuat üçün müsahibə verəndə belə bir çox səhvlərə yol verən biridir. Ona artıq həkimə müraciət etməyi tövsiyə edirlər. Faktiki olaraq ABŞ-i idarə edən dövlət katibi Antoni Blinkendir. O, Münhen Təhlükəsizlik Konfransına qısamüddətli gəlmişdi. Orda xeyli sayda dövlət, hökümət başçıları, beynəlxalq nüfuza malik şəxslər və böyük şirkət rəhbərləri, beynəlxalq təşkilat nümayəndələri iştirak edirdi. Münhen Təhlükəsizlik Konfransında Blinkenlə görüşmək istəyən yüzlərlə insan var idi. Blinkenin də vaxtı o qədər çox deyildi ki, onlarla müəyyən görüşlər keçirsin. Ancaq qısa vaxtda həmin konfransa qatılan Blinken özü şəxsən Cənab Prezindentlə görüşüb, onunla müəyyən müzakirələr apardı. Bu görüş onu göstərmiş oldu ki, mən və ABŞ qalib dövlətlərin, qalib şəxslərin yanında oluruq. Blinken Azərbaycanla Amerikanın uzun illər isti münasibətlərinin davam etməsini və bu münasibətlərin daha da inkişaf etməsini istədi. Xahiş etdi ki, münasibətlər bundan sonra da davam etsin. Bir neçə ay öncə Blinken özü Cənab Prezidentə zəng edərək onun köməkçisinin Cənab Prezident tərəfindən qəbul edilməsini xahiş etmişdi. Cənab Prezindent də müəyyən şərtlər irəli sürmüşdü. O şərtlərdən sonra səlahiyyətli şəxsi qəbul edərək müzakirə aparmışdılar. Bu günlərdə də Blinkenin təşəbbüsü ilə görüş oldu və görüş özü çox mühim məqamları göstərdi. Orda Blinken Azərbaycan Prezidentini təbrik etdi, eyni ilə Azərbaycan Prezidentinə böyük ümidlər bəslədiklərini və istər regionda, istər dünyada sülh və sabitliyin bərpa olunmasında Cənab Prezidentin fəaliyyətini diqqətə çatdırdı. Enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etdilər və bu, Azərbaycan üçün çox mühim məqamlardır. Bunu diqqətə almalıyıq. 
Bundan sonra digər ölkə və dövlət başçılarının Cənab Prezidentlə görüşləri oldu. Bunlar hamısı onu göstərir ki, Azərbaycan doğru yoldadır və Azərbaycan qalib ölkə olduğunu sübut edib. Qalib ölkələr heç zaman mühakimə olunmur. Kiçik məqamlar ola bilər ki, dövlətimizin imicinə zərər vurmaq istəyən hansısa erməni lobbisi və onun dəstəyi ilə təxribat keçirmək istəyənlər olsun. Dövlətlər də ola bilsin ki, olsun. Ancaq real olan odur ki, dünya və beynəlxalq təşkilatlar Azərbaycanın haqlı olduğunu bilirlər, deməsələr də, bilirlər. Bunu qəbul edir və Azərbaycana hörmətlə yanaşırlar. Azərbaycana hörmətlə yanaşmanın qaydalarını da Cənab Prezident qarşı tərəflərin hər birinə yaxşı formada başa salıbdır. Bildirib ki, Azərbaycanla hədə ilə danışmaq mümkün deyil. Yalnız və yalnız hörmət qarşılığında istənilən ölkə ilə münasibətləri qura bilərik.

QİYMƏT MAHİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31