İnkişaf və tərəqqi tarixi qələbəmiz üçün maddi resurslar yaratdı- ÖZƏL
26 Yanvar 2024 13:15 Siyasət"Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində böyük islahatlar həyata keçirildi. Çünki iqtisadiyyatı zəif olan dövlət heç vaxt uğurlu siyasət yürüdə bilməz". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirovun sözlərinə görə, 2003-cü ildən ölkə iqtisadiyyatında böyük inkişaf yolu davam etdirildi: "Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf ölkənin taleyüklü məsələlərinin həllində vacib rol oynadı. Məhz Vətən müharibəsinə qədər olan dövrdə iqtisadi sahədə çevik islahatlar aparıldı, dövlət proqramları qəbul olundu. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr quruldu, uğurlu enerji strategiyası davam etdirildi.
Bu inkişaf və tərəqqi yolu tarixi Qələbənin qazanılması üçün maliyyə bazası, maddi resurslar yaratdı. Ulu Öndərin ordu quruculuğu sahəsində atdığı addımlar 2003-cü ildən etibarən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab İlham Əliyev həm suverenliyimizin, həm də ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusunun qüdrətinin artırılmasına daim diqqət yetirib. Dövlətin yüksək qayğısı sayəsində ordumuzun bölgədə nüfuzu daha da artdı və hələ 44 günlük Vətən müharibəsinə qədər beynəlxalq səviyyəli hərbi ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin dünyanın güclü orduları sırasında yer tutduğunu etiraf edirdilər. Çünki peşəkar, güclü ordunun yaradılması üçün beynəlxalq hərbi təlimlərdən başlamış müasir silahların alınmasına kimi xeyli işlər görülmüşdü. Milli müdafiə sənayesi inkişaf etdirilmişdi. Orduda vətənpərvərlik ruhu, nizam-intizam yüksəldilmişdi".