Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
26 Yanvar 2024 11:16 SiyasətPrezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Devid Con Hörliyə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab General-Qubernator,
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31