Avroittifaq Fransa və Almaniyanın alətinə çevrilib- ÖZƏL
26 Yanvar 2024 10:35 Siyasət"Məlum olduğu kimi, son vaxtlar Avropa İttifaqının təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmaları, qərarları ən pik həddə çatıb. Son addımlar və qərarlar da bu qərəzi açıq-aydın göstərirdi. Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, həm ölkəmizlə bağlı qəbul edilən qərarlar Bakının bu istiqamətdə sərt addımlar atmasını zəruri edirdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib:
"Biz müstəqil və qürurlu dövlətik. Ona görə də bu ittihamları heç vaxt qəbul edə bilməzdik. Haqlı olaraq Azərbaycan qəti şəkildə öz mövqeyini bildirdi. Yəni qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı. Çünki özünü Avropanın əsas aparıcı qurumlarından biri kimi təqdim edən Avroittifaq əslində bu gün Fransanın, Almaniyanın alətinə çevrilib. Onun nəticəsidir ki, Azərbaycana qarşı bu qurum tərəfindən əsassız qərarlar qəbul edilir. Azərbaycan özünə hörmət edən dövlətdir. Harda bizi istəmirlərsə, orada olmarıq. Nə vaxta kimi belə qərəzli olacaqlar, Azərbaycan buna öz sərt etirazını bildirəcək".