AŞPA kimi nüfuzu olmayan təsisatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur- ÖZƏL
26 Yanvar 2024 10:29 Siyasət"AŞPA kimi nüfuzu olmayan təsisatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyevin sözlərinə görə, reallıq odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır və bu gün ölkəmiz 7 Avropa ölkəsinə qaz ixrac edir: "Seçkilər zamanı reytinq xatirinə erməni lobbisinin dəstəyini qazanmağa çalışan "lider"lərin canfəşanlığı müvəqqətidir və heçdə öz vətəndaşlarının maraqlarına xidmət etmir. Hər bir halda artan enerji xərclərinin yükünü çəkən həmin dövlətlərin vətəndaşları olur. Azərbaycan isə bütün bunlara baxmayaraq, sülhün tərəfdarıdır və regionda dayanıqlı sülhün bərqərar olması üçün nəticəyönümlü fəaliyyət göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31