AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi
25 Yanvar 2024 18:54 SiyasətMaykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib.
Axar.az bildirir ki, bu barədə AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Məlumata görə, o, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il bu vəzifəni icra edəcək.
Ochr("39")Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib (Bolqarıstandan Meqlena Kuneva 70, Avstriyadan Manfred Novak 37 səs toplayıb). Oflaherti bu il aprelin 1-də vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə əvvəlki komissarı bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31