Bəzi ölkələr var ki, Azərbaycanın uğurlarına sevinmirlər- ÖZƏL

"Qarşımızda yeni çağırışlar var. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini  bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqların müəllifi Prezident İlham Əliyevdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Cavanşir Paşazadənin sözlərinə görə, bəzi ölkələr var ki, Azərbaycanın uğurlarına, qələbələrinə  sevinmirlər. Onlar Ermənistanı silahlandırırlar: "Eləcə də xaricdə müəyyən dairələr var ki, görülən işlərə qara yaxmağa çalışırlar. Daxilimizdə də  belələri var. Onlar hər şeyi qara rəngdə görürlər. Amma bu cür "fəaliyyət"lə heç nəyə nail ola bilməzlər. Digər tərəfdən, qarşımızda dayanan əsas çağırışlardan biri işğaldan azad olunmuş ərazilərimiz bərpa olunmasıdır. Bilirsiniz ki, həmin ərazilərdə böyük işlər gedir, "ağıllı" kənd və şəhərlər inşa olunur. Bu işlər ən müasir standartlar səviyyəsində aparılır. Dünyanın gözü Azərbaycandadır. Dövlətimizin bərpa-quruculuq işləri dünyanın diqqət mərkəzindədir. Görülən işlərə xarici ölkələr qibtə edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31