Nailiyyətlərimizin zirvəsində İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət dayanır- ÖZƏL

"Azərbaycanın müstəqilliyinin sarsılmaz təməllərini Ulu Öndər Heydər Əliyev atıb. 2003-cü ildə Ulu Öndərimiz xalqa müraciətində İlham Əliyevə özü  qədər inandığını və axıra çatdıra bilmədiyi işləri İlham Əliyevin yerinə yetirəcəyini bildirdi. Heydər Əliyev həmişə deyirdi ki, bizim torpaqlarımız işğaldan azad olunacaq, bayrağımızı həmin torpaqlarda yüksəldəcəyik. Bu müqəddəs missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib: "Ötən 20 ildə əhalinin rifah halı da yüksəlib. Davamlı olaraq islahatlar həyata keçirilir.  ASAN Xidmətin yaradılması bu islahatların mühüm bir nümunəsidir. Dünyanın bir sıra ölkələri bizim  ASAN Xidmət modelindən nümunə kimi istifadə edirlər. Ötən 20 il ərzində regionlarımızda da möhtəşəm işlər həyata keçirilib. 2004-cü ildən Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Artıq mənzərə göz önündədir. Bütövlükdə, ötən 20 ildə digər bölgələrimiz də xeyli inkişaf edib. Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, yeni təməllər atır və ya açılışlar edir. Xüsusilə sosial obyektlər, məktəblər, xəstəxanalar, müəssisələr istifadəyə verilir. Xalqımız bütün bu işləri görür və qiymətləndirir. Bir sözlə, bütün nailiyyətlərimizin zirvəsində Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət görünür. Bu nailiyyətlər gələcək işlərimizin təməlini təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31