Azərbaycanın Fransadakı səfirliyi ilkin seçici siyahısını TƏRTİB EDİB
16 Yanvar 2024 10:22 SiyasətPrezident seçkiləri ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı məntəqəsi yaranıb.
Olaylar.az xəbər verir ki, bu barədə secki-2024.az saytına Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirlik tərəfindən ilkin seçici siyahısı tərtib edilərək Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edilib.
Seçkilər fevralın 7-də Paris şəhərində Azərbaycanın Fransa Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək. Səsvermə yerli vaxtla saat 08.00-da başlayacaq və saat 19.00-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31