Azərbaycan dövləti Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür-Əli Zülfüqaroğlu- ÖZƏL

"Ermənistanın xaricdən silahlar alması son zamanlar intensiv xarakter alıb. Ermənistan nə qədər bildirsə ki, yalnız müdafiə sistemləri almaqda davam edir, amma eyni zamanda Ermənistanın yavaş-yavaş hücum silahları almağını da müşahibə edirik. Xüsusilə Hindistan və digər ölkələrdən".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib: "Bu isə təbii ki, bölgədə yeni təhdid ocaqlarının, gərginliyin yaranmasına gətirib çıxara bilər. Ona görə də, Azərbaycan dövləti bu prosesləri diqqətlə saxlayır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı fikirləri Ermənistana konkret şəkildə ünvanlanmış mesajdır. Yəni sülh prosesi ilə bağlı Ermənistan əgər konstruktiv mövqe nümayiş etdirməzsə, yeni eskalasiya riskləri yaradarsa, o zaman Azərbaycan daha ciddi şəkildə qarşılıq verəcək və bu Ermənistan üçün müsbət perspektiv vəd etmir. Ona görə də, biz, son zamanlar Ermənistanın sülhlə bağlı manipulyativ cəhdləri ilə yanaşı paralel olaraq silahlanmasını da təsadüfi hesab etməməliyik. Görünən odur ki, Ermənistan hazırki vəziyyətdə sülh prosesini uzatmaqla yanaşı, eyni zamanda silahlanma prosesini də həyata keçirir. Bu da sözsüz ki, Ermənistanın hansısa hədəflərə və perspektivlərə hesablanmış planlarının tərkib hissəsidir. İstənilən halda Azərbaycan dövləti Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür. Dövlət başçısının dediyi kimi, əgər Ermənistan bundan sonra Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan  təkliflərinə hər hansı bir şəkildə müsbət reaksiya verməzsə, gərginlik yaratmaqda maraqlı olarsa, Azərbaycan misli ilə qarşılıq verəcək. Bu da Ermənistan dövlətçiliyi üçün fəlakətlə nəticələnə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31