Bu siyasi mənada çox böyük önəm daşıyan açıqlama idi-Sahil Kərimli- ÖZƏL

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün bütün dünyaya nümunə ola biləcək münasibətlərdir. Bizi tarixi köklər, milli adət-ənənələr, uzun illərə söykənən qardaşlıq, səmimi dostluq münasibətləri bağlayır".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Əlbəttə ki, Türkiyənin Azərbaycana verdiyi həm siyasi, həm mənəvi dəstək Azərbaycanın haqq və ədalət işində həmişə yardımçı olub. Eyni zamanda Azərbaycan da Türkiyəyə daim beynəlxalq arenalarda, tribunalarda öz siyasi dəstəyini yüksək səviyyədə nümayiş etdirib. Prezident İlham Əliyev yerli  telekanallara son müsahibəsi zamanı da münasibətləri yüksək qiymətləndirdi və hər hansısa bir məsələylə bağlı ilk olaraq Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğana zəng vuracağını bildirdi. Bu siyasi mənada çox böyük önəm daşıyan açıqlama idi. Çünki, hər iki ölkənin münasibətləri durmadan zirvəyə doğru irəliləyir və bu təbiidir ki, Türk dünyasına aid olan Türkdilli ölkələrin birliyini daha da möhkəmləndirir. Əlbəttə ki, Türkiyə ilə Azərbaycan həm mədəni, həm siyasi, həm iqtisadi baxımdan bu gün dünyada bir-birinə qarşı müttəfiqlik münasibətləri bəsləyən iki qardaş ölkədir. Bu münasibətlər qarşıdakı illərdə də sözsüz və şübhəsiz daha da inkişaf edəcək. Bu qardaşlıq, bu dostluq beynəlxalq aləmdə də öz sözünü deyəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31