Üçüncü tərəf əlavə şərh, əlavə yozum deməkdir-Tural İsmayılov- ÖZƏL
15 Yanvar 2024 18:26 Siyasət"Məntiqlə, Azərbaycan-Ermənistan arasındakı sülhün mümkünlüyündən danışırıqsa, burada iki tərəfin üçüncü tərəf olmadan vasitəçisiz danışıqları uğurla davam etdirməsi müstəsna əhəmiyyətə malikdir. "
Bu fikirləri Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki, üçüncü tərəf hər zaman əlavə şərh, əlavə yozum deməkdir. İki ölkə birbaşa, tet-a-tet ünsiyyət vasitəsilə öz aralarındakı problemləri həll edə bilir, burada müəyyən uğur qazana bilirsə, nəyə görə üçüncü tərəflərin vasitəçiliyi ortada olsun? Ötən il də istər delimitasiya komissiyalarının, istər humanitar məqsədlərlə qarşılıqlı əsir mübadiləsi ilə bağlı tərəflərim yardımçı olmadan görüşməsi bu məsələni mümkün etdi ki, hər iki tərəf qarşılıqlı vasitəçisiz danışıqlarda kifayət qədər böyük uğurlar qazana bilir. Biz görürük ki, Ermənistan vasitəçisiz danışıqlardan yayınmağa çalışır və nəticədə bir daha sübut etmiş olur ki, əslində Ermənistan müstəqil dövlət kimi təqdim edilsə də, özünün müstəqil qərar vermə imkanları ya yoxdur, ya da kifayət qədər aşağı vəziyyətdədir ki, əlavə üçüncü tərəflər də maraq göstərməyə çalışır. Bu Ermənistanın düşdüyü rəzil vəziyyəti növbəti dəfə göstərir. Ermənistan təkbaşına dövlət olaraq qərar vermə qabiliyyətlərinə malik olmadığını atdığı addımlarka hər dəfə sübut etmiş olur. Biz nə qədər tet-a-tet ünsiyyətə önəm versək də bizim qarşımızda Ermənistan kimi təhlükəli bir ölkə var. Bu ölkə ümumiyyətlə, real sülh danışıqlarında hansısa nəticəsinin əldə edilməsini iki tərəfli danışıqla təsəvvür edə bilmir. Əlbəttə ki, xarici siyasətində qərar qəbul etmə səviyyəsi kifayət qədər aşağı olan Ermənistan kimi bir ölkənin bundan sonra da Azərbaycana öyrədəcəyi və ondan tələb edəcəyi nəysə ola bilməz. Bu baxımdan hesab edirəm ki, bütün təxribatlara baxmayaraq, çalışıb təkbətək ünsiyyəti davam etdirmək lazımdır. Azərbaycan bu mövzuda israrçıdır, qalanı isə Ermənistanın mövqeyinə qalır".