Bu silahlanma məhz Azərbaycana qarşıdır-Əli Mustafa- ÖZƏL
15 Yanvar 2024 18:18 Siyasət"Prezidentin bəyanatı bu istiqamətdədir ki, Ermənistan bu gün nə qədər silahlansa, nə qədər canfəşanlıq etsə də, hər halda bir o prosesi izləyə bilirik. Ermənistanın silahlanması təbii ki, Azərbaycanın təhlükəsizliyini təhdid edən səviyyəyə gələrsə, müdafiə silahları deyil, hücum silahları alırsa, hədəfi Azərbaycan olarsa, o zaman Azərbaycanın haqqı var ki, ona qarşı tədbirlərini görsün".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib:
"Biz bilirik ki, bu silahlar alınır və bizə qarşı istifadə olunacaq. Ona görə də bu təhlükəyə qarşı çıxa və onu məhv edə bilərik. Bu gün bu proseslər Rusiyada, Amerika, Fransada işləyir. Bir yerdə bir təhlükə olan kimi, məsələn indi Qırmızı dənizdə Yəməni bombalayırlar ki, risk var. Yaxud İsrail istədiyi vaxt Suriyanı, Livanı bombalayır ki, orda mənə təhdid, təhlükə, mənə qarşı istifadə oluna biləcək silah anbarları var. Eyni şey bizim üçün də keçərlidir. Dünyada artıq bu nümunələr var. Rusiya gələcəkdə NATO gələr, onun üçün təhlükə yaranar deyə Ukraynanı tutmaq istəyir ki, bura mənim hədəfimdir. Bu məntiqlə, beynəlxalq hüququn indiki vəziyyəti və beynəlxalq münasibətlər sisteminin yaratdığı faktiki vəziyyətlə bizim haqqımız var ki, Ermənistanı özümüzə legitim hədəf, ya da Ermənistanın silahları yığdığı bölgələri legitim hədəf hesab edək. Ordan bizim üçün risk gəlirsə, onu məhv edək ki, heç bir halda bizə qarşı istifadə olunmasın. Biz zatən bilirik ki, ermənilər 2-ci Qarabağ savaşında Gəncəni bombaladılar, Bərdəyə qarşı qadağan olunmuş silahlardan istifadə etdilər, raketlər atdılar, Şuşaya atdılar. Mingəçevir SES-ə atdılar, hansı ki onlar nə qədər təhlükə vəd edirdi. Ermənilərin cinayətkar, hüquqi məsuliyyət hissi daşımayan, məsuliyyətsiz, vəhşi instiklərlə yaşayan bir qövm olduğunu bilirik. Onların zamanında qarşısını almasan, o silahlanmanı dayandırmasan, sabah həmin silahlarla Azərbaycanı vura bilər. Yəni biz onların istənilən an hədəfi ola bilərik. Məhz bu baxımdan da məncə, bu yanaşma çox doğrudur ki, əgər silahlanıb bizim üçün təhlükə yaradacaqsınızsa, bu halda biz sizi məhv edəcəyik. Bunu təhlükəsizliyimiz üçün indiki dünya düzəninə uyğun edirik. Ən başlıcası da vaxtı ilə Ermənistanın Azərbaycana olan hücumlarını, Azərbaycan torpaqlarını işğal altında saxlamasını, özbaşınalıqlarını, Azərbaycana silahlı ordu göndərməsini, bu praktikaları nəzərə alaraq bilirik ki, sabah Ermənistan güclənəcəksə, yenidən Azərbaycana hücum edəcək. Bu silahlanmanın özü məhz Azərbaycana qarşıdır. Biz hər zaman o hüququ özümüzdə saxlayırıq, hər zaman bu addımları atanda haqlı tərəf olacağıq".