Azərbaycan xalqının prezident İlham Əliyevə etimadı tamdır- ÖZƏL

"Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və delimitasiya prosesinin davam etdirilməsi regionumuzda davamlı sülhün bərqərar olması deməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, Fransanın Ermənistanı yenidən silahlandırmaq, bölgədə sülhün yaranmasına mane olma istəyinə qarşı bir cavabımız var: "Azərbaycan bir daha heç bir zaman torpaqlarını heç bir dövlətə güzəştə getməyəcək. Bu gün Azərbaycan xalqının Azərbaycan dövlətinə, prezident İlham Əliyevə etimadı tamdır və bu elə bir gücdür ki, istənilən ədalətsiz və beynəlxalq hüquqa zidd əməllərə qarşı mükəmməl şəkildə dayana və cavab verə bilər. Bizim gücümüz birliyimizdədir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31