“Qalib xalqın qalib lideri!” -Yeni Azərbaycan Partiyası təşviqat kampaniyasına start verdi
15 Yanvar 2024 13:57 SiyasətYeni Azərbaycan Partiyası təşviqat kampaniyasına uğurla start verib
YAP-ın yerli seçki qərargahları seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini başa çatdırıblar. Yanvarın 15-də gecə saatlarından etibarən təşviqat xarakterli seçki plakatları qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmiş ünvanlarda yerləşdirilib. YAP-dan "Olaylar"a verilən məlumata görə, seçkilərə "Qalib xalqın qalib lideri!" şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 2023-cü il dekabrın 15-də keçirilmiş iclasında partiyanın Sədri İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Mərkəzi Seçki Komissiyasının 2023-cü il dekabrın 30-da keçirilmiş iclasında İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınıb.